Müasir Müsavatdan ictimai Palataya dəstək verəcək

img

02-04-2012 [04:13]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında MMP İdarə Heyətinin, növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, toplantıda partiyanın Gənclər və Qadınlar Təşkilatının sədrləri də iştirak ediblər. Toplantıda öncə ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə edilib. Sonra partiyadaxili məsələlərə geniş yer verilib. Son aylar partiyanın gördüyü işlər, təşkilatlanmanın səviyyəsi, təbliğat və təşviqat sahəsində keçən toplantılarda partiya fəallarına verilən tapşırıqların icrasının hesabatı dinlənilib. İdarə Heyətində həmçinin müxalifətdaxili inteqrasiyaya dair müzakirələr də aparılıb. Müzakirələr zamanı İctimai Palatanın aprelin 8-ə təyin etdiyi mitinqlə bağlı məsələyə münasibət bildirilib. Qeyd edilib ki, MMP İctimai Palataya üzv olmadığına görə, partiya olaraq onun həmin mitinqdə iştirakı mümkün deyil. Lakin İdarə Heyəti partiya üzvlərinin arzusunu nəzərə alaraq bu məsələni müzakirəyə çıxarmağa qərar verib. Qeyd edək ki, MMP idarə Heyəti aprel ayının 6-da siyasi şuranın növbəti toplantısını keçirəcək. Yuxarıda qeyd edilən məsələnin müzakirəsini də həmin toplantıda həyata keçirəcək və bu yöndə qərar qəbul ediləcək. Çox ehtimal ki, SŞ-a partiya üzvlərinin bu aksiyada iştirak etmələrinə sərbəstlik verəcək. Toplantıda həmçinin ölkə vətəndaşlarına konstitusion hüquqlarının həyata keçirməkdə hakimiyyət qüvvələrinin maneçiliyi pislənilib. Qeyd olunub ki, hakimiyyət konstitusiya çərçivəsində müxalifətin etiraz aksiyalarını keçirməsinə normal şərait yaratmalı və onların təhlükəsizliklərini təmin etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA