Yeni QHT təsis edilib

img

02-04-2012 [03:01]


2-də Bakı şəhərində yeni Vətəndaş Hüquqları İnstitutu (VHİ) adlı ictimai birlik təsis edilib. Birliyin əsas məqsədi vətəndaş hüquqları barədə maarifləndirlmə işi aparmaq, vətəndaşların hüquqlarını müdafiə etmək və pozulmuş hüquqlarla bağlı ictimai müzakirələrin keçirilməsinə yardım etməkdir. Vətəndaş Hüquqları İnstitutunun təsisçilərindən olan Bəşir Süleymanlının verdiyi məlumata görə ictimai birlik daha çox vətəndaşların sosial, mülkiyyət hüquqları ilə bağlı fəaliyyət göstərəcək: ?Dəfələrlə müraciətlər edilirdi ki, vətəndaşlara pozulmuş hüquqları ilə bağlı köməkliklər göstərək, onlara huquqi yardım edək. Biz də qərara gəldik ki, vətəndaşların sosial sahədə də maarifləndirlməsinə böyük ehtiyac var. Bölgələrdə də vətəndaşlar sosial hüquqlarının dəfələrlə pozulmasından əziyyət çəkirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR