BAMF 7 rayonda gənclərin problemlərini öyrənib

img

09-03-2012 [06:09]


01;lxalq Avrasiya Mətbuat Fondu (BAMF) UNİCEF-in maliyyə dəstəyi ilə 2011-ci ilin oktyabr ayından həyata keçirdiyi ?Azərbaycan gənclərinə dəstək proqramı? layihəsinin yeni mərhələsinin icrasına başlayıb. Bu barədə layihənin əsas koordinatoru, BAMF-ın proqramlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa məlumat verib. O qeyd edib ki, idarəetmə işlərinə daha yaxından cəlb olunmaları istiqamətində gəncləri təlimləndirməyi, ictimai fəallıqlarını artırmaqla onları ətrafda baş verənlərə daha fəal mövqe nümayiş etdirməyə yönəltməyi, gənclərin həyatı ilə bağlı müsbət dəyişiklikləri müdafiə etməyi qarşıya məqsəd qoyan layihə Goranboy, Tərtər, Ağdam, Ağcabədi, və Beyləqan, Bərdə və Yevlax rayonlarında həyata keçirilir. Layihə çərçivəsində indiyədək görülən işlərdən danışan N.Nvolisa deyib: ?Azərbaycan gənclərinə dəstək proqramı? layihəsi region gənclərinin üzləşdikləri problemlərin aşkara çıxarılmasında və bu problemlərin aradan qaldırılması yollarının müəyyənləşdirilməsində əhəmiyyətli rola malikdir. Layihənin ötən mərhələsində yuxarıda adları çəkilən rayonların hər birində gənclərin iştirakı ilə dəfələrlə görüş-toplantılar keçirilib və bu tədbirlərdə 15-24 yaş arasında yüzlərlə oğlan və qız iştirak edib. Məqsəd hər rayondan 20 nəfər daha fəal gəncin seçilməsindən və onlardan formalaşdırılmış Təbliğat Qruplarının könüllülük prinsipi əsasında layihəyə cəlb edilməsindən ibarət olub. Artıq bu məsələ həll olunub və yaradılmış Təbliğat Qrupları xeyli müddətdir regionda gənclərin problemlərinin öyrənilməsi istiqamətində aparılan sorğulara yekun vurublar. Layihənin strateji məqsədlərinin - narkotikadan istifadə, erkən evlilik, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, sosial-iqtisadi inkişaf proseslərində gənclərin iştirakı və zəif təbəqənin, təcrid olunmuş insanların cəmiyyətə inteqrasiyası məsələlərinin tədqiqatına yönələn sorğulara 1000 nəfərə yaxın gənc cəlb edilib.? N.Nvolisa aparılan tədqiqatlar zamanı müəyyən edilən problemlərin aradan qaldırılması üçün yaxın günlərdə maarifləndirmə və təbliğat işlərinin metodologiyasının aşılanmasına həsr edilən təlimlərə başlanacağını söylədi. Onun sözünə görə, təlimlərdən sonra Təbliğat Qrupları layihənin tədbirlər planına uyğun olaraq fəal işə başlayacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR