Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı toplandı

img

02-04-2012 [02:39]


Bu gün - 2012-ci il aprel ayının 02-də Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb. DCUMH İdarə Heyəti 02 aprel 1993-cü ildə Kəlbəcərin işğalından 19 il ötməsinə baxmayaraq mövcud iqtidarın torpaqlarımızın azad olunması istiqamətində heç bir addım atmamasını qətiyyətlə pisləyir. Kəlbəcərin işğalı günü parlamentdə erməni deputatların iştirakı ilə Avronest yığıncağını doğru hesab etmədiyini bildirir, bu addımın milləti işğal faktı ilə barışmağa hesablandığını bəyan edir. DCUMH İdarə Heyəti 02 aprel 2011-ci ildə heç bir günahı olmayan siyasilərin həbs olunmasını və bir il həbsdə saxlanmasını hakimiyyətin öz rəqibləri üzərində repressiyası hesab edir, hakimiyyətdən sərbəst toplaşmaq azadlığını təmin etməyi, siyasi məhbusların dərhal azad olunmasını tələb edir. DCUMH İdarə Heyəti kütləvi aksiyalarla bağlı məsələni müzakirə edərək mitinqlərə daha ciddi hazırlıqların görülməsi, aksiyaların artan templə inkişaf etməsi, cəmiyyət tərəfindən geniş müdafiə edilməsi halında aksiyalara başlamağı doğru hesab etdiyini bildirir. Cəmiiyyət tərəfindən dəstəklənməyən aksiyaların əks effekt verdiyini bəyan edir. Digər birlik və partiyaların sərbəst toplaşmaq və mətbuat azadlığı ilə bağlı aksiyalarında DCUMH üzvlərinin iştirakına heç bir məhdudiyyət qoyulmur. DCUMH Binəqədi rayon şöbəsinin təsis yığıncağının 15 aprel 2012-ci ildə saat 12.00-da KXCP qəragahında keçirilməsi barədə qərar qəbul olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA