Sabir Rüstəmxanlı isveçrəyə gedir

img

30-03-2012 [04:23]


Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı və DAK İdarə Heyətinin üzvü Adil Minbaşı martın 30-da İsveçrəyə yola düşəcəklər. Səfərdə məqsəd azərbaycanlıların ?31 mart soyqırımı günü?nə həsr olunmuş konfranslarda iştirak etməkdir. DAK rəhbərliyinin soyqırım həqiqətlərinin tanıdılması ilə bağlı İsveçrə parlamentariləri və siyasi partiya liderləri ilə görüşləri də səfər proqramına daxildir. Səfər zamanı həm də 21-23 aprel tarixlərində Ukraynanı Donetsk şəhərində keçiriləcək DAK-ın 12-ci qurultayının İsveçdəki diaspor təşkilatları ilə müzakirəsi də aparılacaq. Sabir Rüstəmxanlı və Adil Minbaşının İsveçrə görüşlərindən sonra Danimarkaya səfər edəcəkləri nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA