Bahar Muradovaya Milli Məclisin Fəxri medalı verilib

img

29-03-2012 [10:19]


Milli Məclisin sədri Oqtay Əsədovun sərəncamı ilə parlamentin vitse-spikeri Bahar Muradova ölkəmizdə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı ilə təltif edilib. Martın 29-da parlamentin sədri Milli Məclisin Fəxri medalını Bahar xanım Muradovaya təqdim edərək ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Milli Məclisin sədr müavini əməyinə verilən qiymətə görə minnətdarlığını ifadə edərək, gələcəkdə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA