MMP-dən separatçıların ?seçki?si ilə bağlı etiraz bəyanatı

img

28-03-2012 [04:25]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti və Rayon təşkilat sədrlərinin birgə toplantısında Azərbaycan Respublikasının erməni silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində qondarma ?prezident seckiləri?nin keçirilməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: Muasir Musavat partiyasnın üzvləri bəyan edir ki, bu ?seçki? Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağın əzəli əhalisi olan azərbaycanlı icması üzvlərinin seçki hüquqlarını nəzərə almır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər. Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarını inkar edərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə ?seçkilər? təşkil edir. Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş qanunsuz qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda keçirdiyi bu cür qondarma ?seckiləri? tanımır. Ermənistan Respublikası öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə köklü zərbə vurur. MMP Ermənistanın qeyri-konstruktiv hərəkətlərinin beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılmasını, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görülməsini tələb edir . Həmçinin partiya Azərbaycan hökumətindən Dağlıq Qarabağda keçiriləcək bu qondarma seçkinin qarşısını almaq üçün qəti addım atmağın vaxtının çoxdan çatdığını qeyd edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA