Milli Məclisin deputatı Belçikada qaçqınlarla bağlı müzakirəyə qatılacaq

img

28-03-2012 [11:56]


Milli Məclisin deputatı Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün martın 28-dən 31-dək Belçikanın Brüssel şəhərində səfərə gedib. Milli Məclisin mətbuat xidmətindən verilən xəbərə görə, toplantıda Avropadakı münaqişələrdə itkin düşmüş şəxslərin tapılması, miqrantların yerləşdikləri ərazilərdə durumu, onların seçki prosesində yeri, Gürcüstanla Rusiya arasındakı münaqişədən sonra bölgədə yaranmış humanitar vəziyyət və digər məsələlər müzakirə olunacaq, alt komitələrin tərkibi müəyyənləşdiriləcək. Tədbir iştirakçılarının miqrantların saxlandığı mərkəzlə tanışlıq məqsədi ilə Stinokkerzil şəhərinə səfəri nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA