Həbsdəki rokçu azad olundu

img

27-03-2012 [09:11]


Martın 27-də ?Bulistan? qrupunun ifaçısı Camal Əli 10 sutkalıq cəzasını çəkib qurtarandan sonra buraxılıb. O, Səbail rayon Polis İdarəsində saxlansa da, Binəqədidəki Müvəqqəti Saxlama Təcridxanasından buraxılıb. Bu haqda AzadlıqRadiosuna onun vəkili Anar Qasımov məlumat verib. O bildirib ki, Camal Əlinin nə üçün Binəqədi Müvəqqəti Saxlama Təcridxanasından buraxılması onun üçün də aydın deyil. Camal Əli martın 17-də Bakıda keçirilən mitinqdə saxlanmışdı. Səbail rayon Məhkəməsi onun barəsində 10 sutkalıq inzibati həbs cəzası çıxarmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA