Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının nümayəndə heyəti ABŞ-a gedəcək

img

27-03-2012 [10:52]


Dünən Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb. DCUMH-un toplantısında Qəbələ RLS-lə bağlı keçiriləcək ictimai aksiyaya münasibət bildirərək onu dəstəklədiyini bəyan edir. DCUMH ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsini və Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını tələb edir. Toplantıda 2012-ci il mart ayının 30-da saat 17.30-da DCUMH-un Nərimanov şöbəsinin təsis yığıncağının keçirilməsi qərara alınıb. Toplantıda DCUMH nümayəndə heyətinin ABŞ-a səfəri müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA