?Siyasi partiyalar haqqında? qanun müzakirəyə çıxarılacaq

img

26-03-2012 [09:56]


?Siyasi partiyalar haqqında? qanun layihəsi yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsi artıq hazırdır. Yeni layihədə partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi də nəzərdə tutulub. Qanun layihəsində partiya yaratmaq üçün minimum 5 min imzanın toplanılması əsas şərtlərdən biri olacaq. S.Mirzəyev deyib ki, qanun layihəsi Venesiya Komissiyasında da müzakirə olunub. Artıq 1992-ci ildə qəbul olunmuş ?Siyasi partiyalar haqqında? Qanun günün tələblərinə cavab vermir. Ona görə də yeni qanun layihəsi hazırlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA