Fuad Muradovun köməkçisi Badamdar qəsəbəsində seçicilərlə görüz keçirib

img

19-03-2012 [11:21]


29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradovun köməkçisi Heydər Atayev Badamdar qəsəbəsində seçicilərlə görüş keçirib. Görüşdə sakinlər onları narahat edən problemləri millət vəkilinə çatdırmağı xahiş ediblər. Sakinlərdən həm ümumi, həmm də şəxsi məsələlərlə bağlı müraciət edənlər olub. Qəsəbədə yerləşən binaların ətrafının abadlaşdırılması, işıq dirəklərinin dəyişdirilməsi problemlərindən tutmuş su təchizatı ilə bağlı məsələlər deputat köməkçisinə çatdırılıb. Əsasən sosial məsələlərin qaldırıldığı görüşdə millət vəkilinə bunları həll etmək üçün aidiyyatı qurumlara müraciət edəcəyi deyilib. Heydər Atayev bütün məsələlərin diqqət mərkəzində saxlanılacağını və millət vəkili Fuad Muradovun hər bir məsələ ilə ayrıca məşğul olacağını sakinlərə bildiribb. Görüşdən sonra Səbail rayonu ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkilib. Millət vəkilinin adından Novruz bayramı münasibəti ilə təbrik edilən sakinlərə bayram sovqatı verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA