ALDP Sədr Aparatının iclası keçirilib

img

15-03-2012 [01:10]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev rəhbərliyi ilə Sədr Aparatının iclası keçirilib. İclasda ictimai-siyasi vəziyət, DCUMH keçirilən ilk Məclisin sessiyası, partiyanın mitinq komitəsinin yaradılması və müstəqil jurnalistlərə təziqlərin olunması məsələlər müzakirə olunub. DCUMH keçirilən ilk Məclisin sessiyasını yüksək səviyyədə keçməsini qeyd edən Fuad Əliyev, Məclis üzvlərinin növbəti sessiyalarda daha aktiv olmağlarını tövsiyə etdi. ALDP sədri ictimai-siyasi vəziyyəti nəzərə alaraq partiyanın mitinq komitəsinin yaradılması ilə bağlı təklif etdi. Müzakirələrdən sonra təklif qəbul olundu. "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı aparılan qara piar kampaniyası toplantı iştrakçılar tərəfindən pisləndi. Çıxış edənlər bunu azad mətbuata və müstəqil jurnalistlərə təziq kampaniyasının bir hissəsi olduğunu bildiriblər və iqtidarın bu cür çirkin kampaniyalara son qoyulmasını tələb ediblər. Nəqliyyat Nazirliyinin lisenziyasız və sovet istehsalı olan taksilərin yığışdırılması ilə bağlı yeni prosesə başlanması və narazı sürücülərin aprelin 1-nə etiraz aksiyasının təyin edilməsi məsələsi də müzakirə olunub. Bununla bağlı bəyanat qəbul olunub. Bəyənatda deyilir: 10 minlərlə insan ailəsini dolandırmaq üçün məcburiyət qarşısında qalaraq avtomobilindən taksi kimi istifadə edir. Bu qədər insanı yenə də işsiz qoymaq niyyətində olan iqtidar bir daha sübut edir ki, öz vətəndaşına qayğı göstərmək əvəzinə onun hallalıqla qazandığı pulunu da əlindən alır. ALDP hesab edir ki, vətəndaşların sosial vəziyyətlərinin ağır olduğu bir vaxta bu addımı atmaqla iqtidar özünə yeni problem yaradır, vətəndaş-hakimiyyət arasında qarşıdurma yaradır. ALDP bir daha iqtidarı düşünülmüş və vətəndaşlara ziyan qətirməyən adımları atmağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA