Ombudsman Aparatının əməkdazları Əvəz Zeynallı ilə görüzüblər

img

13-03-2012 [09:48]


Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüblər. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Ə. Zeynallı və digər şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər. Eyni zamanda onlardan bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər. Ə.Zeynallı göndərdiyi müraciətlərə cavab almadığını da deyib. Bu məsələ yerində araşdırıldığı zaman məlum olub ki, onun ərizələri qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti qurumlara göndərilib. Ombudsman Aparatının əməkdaşları həmçinin martın 1-də və 7-də saxlanılmış beş nəfərlə də görüşüb. Onlar Cinayət Məcəlləsinin 186.1 və 233-cü maddələri ilə təqsirli bilinərək, barələrində həbs-qətimkan tədbiri seçilib. Onların hər biri dövlət hesabına vəkillə təmin olunub. Bu şəxslərlə təkbətək söhbət zamanı, onlar tutulduqları müddət ərzində hər hansı zorakılığa məruz qalmadıqlarını bildiriblər. Onların bədəninə baxış keçirilərək, xəsarət izləri aşkar edilməyib. Müvəkkil Baş prokurora müraciət edərək, baş çəkmənin nəticələri ilə bağlı məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA