Hafiz Hacıyev gənclərlə görüzdü

img

13-03-2012 [04:20]


Bu gün Müasir Müsavat Partiyasının (MMP) mərkəzi qərargahında partiyanın İdarə Heyətinin iştirakı ilə Gənclər təşkilatının hesabat toplantısı keçirilib. MMP-nin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər geniş müzakirə edilib. Elə bugünkü toplantının əsas səbəbi də son günlər ölkədə yaranmış gərginliklərə aydınlıq gətirmək, müxalifətin yaxın günlərdə keçirmək istədiyi mitinq qərarı, paytaxtda gənclər təşkilatlarının keçirdiyi aksiyalar, onlara qarşı edilən maneə tədbirləri, Azərbaycanda keçiriləcək bəzi ölkə və qurumların Avroviziya mahnı yarışmasını boykot etmək cəhdlərini müzakirə etmək və partiya olaraq yuxarda qeyd edilən faktlara təsir imkanlarını götür-qoy edib, müəyyən qərarlar vermək olub. Qeyd edək ki, MMP -də bir neçə həftə bundan öncə keçirilən Qadınlar və Gənclər Təşkilatının toplantısında hələlik KİV-ər vasitəsi ilə müxtəlif mesajlar verən ayrı-ayrı siyasi qurumlar və siyasi xadimlərin fəallaşmasına toxunulub və toplantı iştirakçılarına ölkədə baş verəcək hər hansı duruma qarşı hazırlıqlı olmaq tövsiyə edilib, həmçinin toplantıda iştirak edən Qadınlar və Gənclər Təşkilatının üzvlərinə ayrı-ayrılıqda tapşırıqlar verilib ki, xalq arasında təbliğat və təşviqat işi aparılsın, gedən proseslərin düzgün siyasi qiymətini vermək üçün ictimaiyyət arasında maarifləndirmə işi aparılsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA