Azərbaycan Xarici izlər Nazirliyi bəyanat verdi

img

13-03-2012 [04:17]


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 10 mart 2012-ci il tarixində Gürcüstanın Abxaziya regionunda keçirilmiş qondarma ?parlament seçkiləri? ilə bağlı bəyanat verib. Bəyanatda bildirlib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Abxaziya regionunda 10 mart 2012-ci il tarixində keçirilmiş qondarma ?parlament seçkiləri?ni tanımadığını bəyan edir. Azərbaycan Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA