Gəncədə ?Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri? mövzusunda dəyirmi masa

img

13-03-2012 [01:03]


a Əməkdaşlıq Fondu (AƏF), Gəncədə ?Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri? adlı dəyirmi masa təşkil edib. Dəyirmi masa AƏF-in ?Yeni media vasitəsilə İcma Gəncləri Sülh Quruculuğu Proqramı? çərcivəsində həyata keçirilib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyilə həyata keçirilən proqram özündə vətəndaş jurnalistikası və yeni media vasitələrindən istifadə edərək sülhün qurulması kimi ünsürləri ehtiva edir. Tədbirdə Azərbaycanın müxtəlif regionlarından olan gənc jurnalist və bloqçular Azərbaycanda yeni media və perspektivlər konkteksində fikir mübadiləsi aparıb. Müzakirələrdə Mobile Media Birliyinin meneceri Vüqar Səfərov, AƏF-in media məsləhətçisi Rəşad Əliyev, müstəqil jurnalist Asəf Quliyev və bir sıra mütəxəssislər natiq qismində çıxış edib. Tanınmış jurnalist İlhamiyyə Rzayeva isə dəyirmi masanın moderatoru kimi iştirak edib. Üç hissədən ibarət olan dəyirmi masada yeni medianın müsbət və mənfi cəhətləri, Azərbaycan vətəndaş jurnalistikasının perspektivləri və münaqişənin tənzimlənməsində yeni medianın rolu müzakirə olunub. Qeyd edək ki, AƏF-in proqramı çərçivəsində növbəti dəyirmi masalar 13, 14, 15 mart tarixlərində Bakı şəhərində , Hilton otelində, saat 10:00-14:30 arasında keçiriləcək və hər birində maraqlı mübahisə və müzakirə mühiti yaradacaq müxtəlif bloggerlər, yerli və beynəlxalq KİV-in üzvləri (çap, elektron, televiziya), sosioloqlar, psixoloqlar, Yeni Media, mədəniyyət və digər sahələr üzrə mütəxəssislər dəvət olunacaq. Daha ətraflı məlumat əldə etmək və ya müşahidəçi qismində iştirak etmək üçün [email protected] elektron ünvanına əvvəlcədən yazaraq bildirə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR