Avropa çempionatlarında Türkiyə klublarını böyük təhlükə gözləyir

img

12-05-2023 [10:08]


UEFA Avropa Konfrans Liqasının yarımfinalında "Bazel"in "Fiorentina"nı 2:1 hesabı ilə məğlub etməsi Türkiyə klublarını təhlükıli zolağa soxub.

Mia.az xəbər verir ki, bu nəticə ilə UEFA-nın ölkə reytinqində İsveçrənin Türkiyəni ötmə ehtimalı artıb.

Belə ki, əgər Türkiyə 12-ci pillədəki yerini itirsə, 2024-2025-ci il mövsümündə Türkiyə Kubokunu qazanan komanda Avropa Liqasında pley-off mərhələsi əvəzinə 3-cü təsnifat mərhələsindən iştirak edəcək.

Məlumata görə, "Fiorentina" matçından əvvəl 31.175 xalı olan İsveçrə "Bazel"in qələbəsi ilə bu rəqəmi 31.675-ə yüksəldib. Türkiyənin isə 32.100 xalı var.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR