Eldar Namazov sədr seçilib

img

12-03-2012 [02:44]


Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti idarə heyətinin toplantısı keçirilib. Cəmiyyətin fəaliyyətdə olan sədri dəyişib. Nurəddin Mustafayevin yerinə politoloq Eldar Namazov seçilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Cəmiyyət ölkədə siyasi məhbusların olmasından narahatlığını ifadə edib və problemi kökündən həll etmək üçün hakimiyyəti Novruz bayramı, mayda keçiriləcək ?Avroviziya? mahnı müsabiqəsi ərəfəsində geniş amnistiya tətbiq etməyə çağırıb. Qeyd olunub ki, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus siyahısına saldığı bütün şəxslər, o cümlədən keçmiş nazirlər Əli İnsanov, Fərhad Əliyev və onların işi ilə bağlı məhkum olunmuş şəxslər, 2 aprel məhbusları, gənc fəalları, hicab dustaqları azadlığa buraxılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA