Tahir Abbaslı: ?Saakazvili ?Bir kərə yüksələn bayraq, bir daha enməz? züarı ilə Putini hədəfə götürmüzdü?

img

10-03-2012 [11:13]


?Gürcüstan prezidenti Mixail Saakaşvilinin Məmməd Əmin Rəsulzadədən sitat gətirməsinin müzakirəyə yol açması, təəccüb doğurması təbiidir. Çünki bizim hakimiyyət bu məsələdə qısqanclıq nümayiş etdirdiyindən cəmiyyətimiz Saakaşvilinin timasalında yeni söz eşitmiş kimi oldu?. Bu fikirləri AİDP sədri Tahir Abbaslı deyib. Onun fikrincə bütövlükdə Saakaşvilinin Rəsulzadədən sitat gətirməsi təəccübləndirici deyil: ?Saakaşvili demokratik bir ölkə qurur. Ölkədə rüşvətin kökünü kəsib. Ölkəsində demokratik dəyərlərin formalaşmasına çalışır və qismən buna nail olub. Bu mənada onun gerçək bir demokrat olan Rəsulzadədən sitat gətirməsində təəccüblü heç nə yoxdu. O ki qaldı onun məhz ?Bir kərə yüksələn bayraq, bir daha enməz? şüarını səsləndirməsinə, məncə bu daha çox onun Rusiyanı hədəfə götürən fikirlərinə qüvvət verməyə hesablanmışdı. Məlumdur ki, Saakaşvili çıxışında Rusiyanı tənqid etdi. Rusiyanın planlarından söz açdı. Putinin palanlarından biri, bəlkə də birincisi isə keşmiş SSRİ-yə bənzər birliyin yaradılmasıdır. Zənnimcə, Saakaşvili Gürcüstanda, başqa ölkələrdə olduğu kimi, burada da Putinin əleyhinə danışdı və məhz qeyd etdiyim planı nəzərdə tutaraq bu şüarı səsləndirdi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA