?azerbaijans.com?-dan daha bir yenilik

img

09-03-2012 [06:11]


#231;ə ay öncə istifadəyə verilmiş 7 dildə fəaliyyət göstərən ?www.azerbaijans.com? virtual ensiklopediyası yenilənməkdə davam edir. Saytın redaksiyasından verilən məlumata görə, resursda növbəti yenilik ?Kino? bölməsində edilir. Son təkmilləşdirmə internet istifadəçilərinə Azərbaycan filmlərini yalnız bir sayt vasitəsilə izləmək imkanı yaradacaq: ?Bildiyiniz kimi, www.azerbaijans.com saytı günü-gündən yenilənir, zənginləşir. Bu günlərdə işlərimizin davamı olaraq saytın ?Kino? bölməsinin ?Filmlər? linkində daha böyük miqyaslı yenilənmələrə başlanılmışdır. Bununla da istifadəçilərimiz ?www.azerbaijans.com? saytı vasitəsilə klassik Azərbaycan kino salnaməsini rahatlıqla izləmək imkanı əldə edəcəklər?. Linkə tammetrajlı, qısametrajlı və sənədli Azərbaycan filmləri daxil edilir. 248 tammetrajlı Azərbaycan filmindən artıq 238-i sayta yerləşdirilib. Ensiklopediya özündə filmlərlə yanaşı onlar haqqında məlumatları da ehtiva edir. İstifadəçilər burada filmlərin istehsal ili, ssenari müəllifi, rejissoru, dili, janrı və hətta rəngi haqqında da məlumatları əldə edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA