Pərviz Mahmudovdan daha iki yeni hit mahnı

img

09-03-2012 [06:07]


Gənc bəstəkar Pərviz Mahmudov daha iki yeni hit mahnıya imza atıb. Bəstəkar MİA-ya açıqlamasında mahnılardan birinin xalq artisti Aygün Kazımovanın ifasında eşidiləcəyini deyib: ?Aygün xanım bu dəfə mənim ?Gəl bax gör? adı mahnımı ifa edəcək. Mahnı ritmik üslubdadır və sözləri Leyli İsrafilovaya məxsusdur, aranjemanı isə Hakan Erol edib?. Bəstəkarın sözlərinə görə, bu onların ikinci işbirliyidir: ?Aygün Kazımova ilə ilə ilk işbirliyimiz ?Alışdırma? mahnısı ilə başladı. Bu mahnının da sözləri Leyli xanıma məxsusdur. Aygün xanım mənim ən çox sevdiyim müğənnilərdəndir. Bu sənətdə ilk addımlarımda Aygün xanım məni çox dəstəkləyib. O, mənim hər iki mahnımı gözəl ifa edib. Ümumiyyətlə, mənim fikrimcə Aygün Kazımova Azərbaycanda ritmik mahnıların ən gözəl ifaçısıdır. Lirik mahnılar da onda yaxşı alınır, amma ritmik-dinamik mahnıları onun kimi ifa edən yoxdur?. Pərviz Mahmudovun daha bir yeni hitini isə gənc müğənni Leyla Ramazanlı ifa edib. ?İsti-isti? adlanan mahnın sözləri Arzu Əsədovaya məxsusdur: ?İnanıram ki, bu mahnı Leylanın repertuarında ayri bir yer tutuacaq. Çünki ?İsti-isti? onun repertuarında fərqlidir. Bu bəstəm də ritmikdir. Mahnı diapazonludur və Leyla bunun öhdəsindən gələrək gözəl ifa etdi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA