Səməd Seyidov Norveçə gedəcək müəllim və tələbələrlə görüzdü

img

07-03-2012 [01:05]


ADU rektoru, millət vəkili, professor Səməd Seyidov bu ilin iyun ? avqust aylarında Norveçə Yay məktəbinə gedəcək müəllim və tələbələrlə görüşdü. Görüşdə o, yay kursları çərçivəsində reallaşacaq səfəri Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 10 tələbə və 4 müəlliminin həyatında əhəmiyyətli hadisə kimi xarakterizə etdi. ADU tələbələrinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan S. Seyidov onları həm Azərbaycanı, həm də ADU-nu layiqincə təmsil etməyə səslədi. Tələbələri ölkəmizin adını uca tutmağa çağıran rektor S. Seyidov onların münasibət və davranışlarında, təhsillərində öz mədəniyyətlərini yüksək səviyyədə göstərməyi tövsiyə etdi. Tələbələrlə fikir mübadiləsi aparan rektor onların qiymətləri ilə maraqlandı, səmimi söhbət etdi. Rektor müəllim və tələbələrə uğurlar arzuladı. Qeyd edək ki, iyunun 26-dan avqustun 6-dək reallaşacaq səfər ADU ilə Norveçin Oslo Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Xatırladaq ki, ADU-da Skandinaviya mərkəzi 2007-ci ilin may ayında açılıb. Elə həmin ildən də ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Skandinaviyaşünaslıq ixtisası açılıb. Onu da qeyd edək ki, ADU ilə Oslo Universiteti arasında olan əməkdaşlıq çərçivəsində keçən il iyun ayının 24-dən avqustun 5-dək ADU-nun Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi Oslo Universitetində Beynəlxalq yay məktəbində olublar. Onları ADU-nun 2 müəllimi də müşayiət edib. Builki Yay məktəbi isə iyunun 26-dan avqustun 6-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA