QAT-dan həmsədrlərə etiraz bəyanatı

img

07-03-2012 [01:01]


Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Minsk Qrupunun Bakıya səfəri ilə bağlı bəyanat veriblər. MİA-ya daxil olan bəyanatda həmsədrlərin Azərbaycana gəlişindən narahatlıq ifadə olunub. ?Minsk qrupu həmsədrlərinin Bakıya növbəti səfəri çoxlu suallar doğurdu. Azərbaycanın paytaxtına, demək olar ki, oğru kimi gəldilər, aeroporta gəlmələri ilə bağlı heç bir məlumat verilmədi, mətbuat nümayəndələrindən qaçdılar. Bizim bütün səylərimizə baxmayaraq onların hərəkət qrafiki, görüşləri ilə bağlı heç bir məlumat əldə edə bilmədik. Onların fəaliyyətinin, daha doğrusu, fəaliyyətsizliyinin 20 illiyi ilə bağlı üzbəüz münasibətimizi bildirmək istədik, suçlu və oğru adamlar kimi hamıdan qaçıb gizləndilər. Onlar bu hərəkətləri ilə Azərbaycan xalqı qarşısında suçlu, günahkar olduqlarını bir daha göstərdilər. Bu, bir daha sübut edir ki, həmsədrlərin Azərbaycan xalqına, mətbuatına deməyə sözləri yoxdur. Çünki 20 il ərzində Azərbaycan xalqının əleyhinə işləmiş, ermənilərin əsassız iddialarını yerinə yetirməklə məşğul olmuşlar?-deyə bəyanatda bildirilib. Qarabağ Azadlıq Təşkilatı bir daha Minsk qrupu həmsədrlərinin ermənipərəst fəaliyyətini pisləyir, onların vasitəçilik missiyasının dayandırılmasını, Azərbaycana səfərlərinə son qoyulmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA