ictimai Palata respublika müzavirəsi keçirdi

img

06-03-2012 [03:40]


Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında İctimai Palatanın (İP) regional şöbələrinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə İP-in regional təşkilatlarının işinin mərkəzləşdirilməsi, daha da yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb. Tədbiri İP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir açıb. Sonra İP Koordinasiya Şurasının üzvü digər üzvü Vidadi Mirkamal çıxış edib. Daha sonra söz AXCP sədri Əli Kərimliyə verilib. Əli Kərimli çıxışında hökuməti sərt tənqid edib. Çıxışı zamanı Quba hadisələrinə toxunan Əli bəy bildirib ki, digər rayonların icra başçılarının da Qubadakı icra başçısından fərqi yoxdur. Xalqa qarşı eyni siyasət aparılır. Əli Kərimli deyib ki, ölkdə və regionlarda baş verənlər İP-nin daha aktiv fəaliyyət göstərməsini diqtə edir. AXCP sədri güman edir ki, bu həftə keçirilən İP sessiyasında kütləvi aksiyaların dəqiq vaxtı müəyyən ediləcək. İP-in fəaliyyət planları barədə danışan Kərimli deyib ki, gələn ilki seçkinin, eləcə də İP-in tələb etdiyi növbədənkənar seçkinin keçirməsinin taleyi bu il görülən işlərdən çox asılıdır. O, bildirib ki, yeni xalq hərakatının başlaması üçün güclənmək və kütləvilik lazımdır. Bunun üçün yerli təşkilatlar daxilən yenilənməli, sıralarına gəncləri, ziyalıları, hüququ pozulan bütün təbəqələri cəlb etməlidir. Kərimli ümumi siyasi işlərlə yanaşı, İP-in regional təşkilatlarını əhali ilə daha sıx işləməyə, onların sosial problemlərinə sahib çıxmağa səsləyib. Təşkilatlanma üçün o, internet və yeni medianın imkanlarından istifadəni də vacib sayıb. AXCP sədri deyib ki, dünyada baş verən dəyişiklik mütləq Azərbaycana da gələcək. Çalışmaq lazımdır ki, bu dəyişiklik dinc, sivil və xalqımıza uygun formada baş tutsun. Bunun üçün isə İP hər yerdə güclənməli və başlanan hərakatların məcaradan çıxmamasına nail olsun. AXCP sədrinin müavini Asəf Quliyev bildirib ki, mütləq kütləvi aksiyalara başlamaq lazımdır, amma aksiyalar razılaşdırılmış olmalıdır. İmişlidən Əli Qasımov etiraf edib ki, gənclərlə iş məsələsində problem yaşayırlar. O deyib ki, Quba hadisələri də aksiyalarda novatorluğu gənclərin etdiyini göstərdi. AXCP Rəyasət Heyətinin üzvü ‎Seymur Həzi təşkilaylanmanın vacibliyindən danışıb. O deyib ki, repressiyalara hazırlıq güclü təşkilatlanmadan keçir. Onun sözlərinə görə, müxalifətin xalqla rabitəsi zəifdir, mütləq öncə bu istiqamətdə tədbirlər gücləndirilməlidir. Bölgələrdən gələn İP üzvləri deyiblər ki, təşkilatlanmanın leqal yolları tamam qapanıb, hətta evlərdə də iclas keçirməyə imkan vermirlər. İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn şüurlu olaraq repressiyaya getməyin lazımlığını deyib: ?Meydanlara çıxaq, qoy bizi həbs etsinlər?. AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev deyib ki, təzyiqlər olsa da, etirazınızlar bildirilməlidir: ?Qoy hər kəs vəziyyətin real mənzərəsini duysun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA