?Azərbaycanda insan hüquqları: problemlər və həll yolları? mövzusunda konfrans keçirilib

img

05-03-2012 [05:47]


01;lxalq Mətbuat Mərkəzində Azərbaycan Liberal Partiyas (ALP), Vətəndaş və İnkişaf Partiyası (VİP) və Azərbaycan Yaşıllar Partiyasının (AYP) birgə təşkilatçılığı ilə ?Azərbaycanda insan hüquqları: problemlər və həll yolları? mövzusunda konfrans keçirilib. Konfransda ölkənin bir sıra siyasi partiyalarının sədrləri, Milli Məclisin deputatları, aktual QHT-lərin rəhbərləri, media mənsubları və diplomatik korpusun təmsilçiləri iştirak ediblər. Tədbirdə əsas məruzə ilə çıxış edən Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva ölkədə insan hüquqlarının mövcud durumunu ətraflı təhlil edib və bu sahədə müşahidə olunan problemlərin geniş təsnifatını verib. Daha sonra təqdim olunan mövzu ilə əlaqədar fikirlərini bildirən konfrans iştirakçıları Azərbaycanda insan hüquqlarının vəziyyətini müxtəlif aspektlərdən qiymətləndirərək, təkliflərini irəli sürüblər. Azərbaycanda insan hüquqlarının mövcud durumunun acınacaqlı olduğunu önə çəkən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov, politoloq Zərdüşt Əlizadə, hərbi ekspert Üzeyir Cəfərli, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, müstəqil hüquqşünas Qurban Kazımov, Azərbaycan İslam Partiyası (AİP) sədrinin müavini Akif Heydərli, Azərbaycan ?Birlik? Təşkilatının sədri Vüsal Hətəmov və digərləri vəziyyətin bu həddə çatmasını hökumətin vətəndaş hüquq və azadlıqlarına sayğısız münasibəti ilə əlaqələndiriblər. Qeyd olunanlardan çıxış edən natiqlər Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində vəziyyətin normallaşdırılması istiqamətində təcili addımlar atmağa çağırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA