Məzahir Pənahov Rusiyadakı seçkilərdən danızdı

img

05-03-2012 [11:12]


Moskvada Azərbaycan Milli Məclisinin deputatlarından və Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələrindən ibarət müşahidəçi qrupuna rəhbərlik edən MSK-nın sədri Məzahir Pənahov Rusiyada keçirilən seçkilərlə bağlı açıqlama verib. O, bildirib ki, bu seçkilər Rusiya üçün böyük əhəmiyyəti olan mühüm siyasi hadisədir: ?Prezident seçkiləri ən yüksək səviyyədə təşkil olunub. Seçkilərin tam şəffaflığı təmin edilib. Azərbaycandan olan müşahidəçilər səhər tezdən müxtəlif seçki məntəqələrində seçkilərin gedişini izləyirlər?. M. Pənahov vurğulayıb ki, Rusiyanın Mərkəzi Seçki Komissiyası xalqın öz iradəsini sərbəst ifadə etməsi və səsvermə prosesinin şəffaflığı üçün hər cür lazımi tədbir görüb. M. Pənahov, həmçinin deyib ki, beynəlxalq müşahidəçilərin, müxtəlif qeyri-hökumət təşkilatlarının və KİV-lərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Rusiyada keçirilən prezident seçkilərində Azərbaycan müşahidəçilərinin geniş formatda təmsil olunmasını şərh edən M.Pənahov deyib ki, bu, təbiidir: ?Çünki Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə, o cümlədən iki ölkənin MSK-ları arasında əməkdaşlıq yüksək səviyyədədir. İki ölkənin MSK-ları arasında əlaqələr 2003-cü ildən yaradılmış və bu günədək yüksək səviyyədə inkişaf edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA