ViP-dən ?Bakcell?ə qarzı sərt təpki

img

29-02-2012 [03:28]


?Azərbaycanın ilk mobil rabitə operatoru ?Bakcell? şirkəti öz abunəçiləri arasında ayrı-seçkiliyə yol verən, eyni zamanda ölkənin daxili siyasətinə müdaxilə hesab olunacaq qərar qəbul edib?. Bu fikirlər Vətəndaş və İnkişaf Partiyasının bəyanatənda yer alıb. Bəyanatda qeyd olunur ki, şirkət digər abunəçiləri ilə müqayisədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan müştəriləri üçün fərqli və kifayət qədər əlverişli tarif müəyyənləşdirməklə, Azərbaycanın mövcud siyasi qüvvələrindən birinə rəğbətini açıq formada ifadə edib: ??Bakcell?in əsasən, xarici kapitalla formaşdırıldığını və hal-hazırda qurumun rəhbərliyinin müxtəlif ölkələrin vətəndaşlarından ibarət olduğunu nəzərə alsaq, şirkətin bu addımı əcnəbilərin ölkədaxili siyasi proseslərdə təşviqedici fəaliyyəti kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycanın müvafiq qanunvericiliyi xarici ölkə vətəndaşlarının daxili siyasi proseslərdə hər hansı formada iştirakını qadağan edir. Buna baxmayaraq, ?Bakcell? şirkəti ölkə vətəndaşlarının siyasi seçiminə təsir sayılacaq qərar qəbul edərək, hakim partiyanın üzvlüyünü stimulaşdırmaq yolunu tutub. Digər tərəfdən, ?Bakcell? şirkətinin bu qərarı ölkədə normal rəqabət mühitinin olmamasından irəli gələn və hakim siyasi qüvvənin himayəsinin daha artıq dərəcədə təmin olunmasına yönəlik bir addım olaraq qiymətləndirilməlidir. Bundan başqa, ?Bakcell?in YAP üzvləri üçün güzəştli tarif paketi müəyyənləşdirməsi qərarının mobil rabitə bazarında inhisarçılığa sahiblənmək niyyətindən qaynaqlanan ?siyasi rüşvət? olaraq dəyərləndirilməsi də mümkündür?. VİP ?Bakcell? şirkətinin qəbul etdiyi bu qərarı pisləyir və abunəçilər arasında siyasi mənsubiyyətə görə yol verilən ayrı-seçkiliyi Azərbaycanda istehlakçı hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirir. ?Bakcell?in bu qərarını yolverilməz siyasi təşviqetmə adlandıran VİP hakim Yeni Azərbaycan Partiyasını (YAP) şirkətin güzəştli tarif paketindən imtina etməyə çağırır. VİP, eyni zamanda, ?Bakcell?in çoxsaylı abunəçilərinə üz tutaraq, onları fərqli kateqoriyalara bölən ?Bakcell?lə əməkdaşlığı dayandırmağa səsləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA