Qənirə Pazayeva israildə Xocalı soyqırımından danızacaq

img

27-02-2012 [01:29]


Bu gün İsrailin Netanya şəhərində Xocali soyqırımına həsr edilən "İsrail-Azərbaycan - strateji ittifaq" adlı elmi praktiki konfrans keçiriləcək. Konfrans İsraildə fəaliyyət göstərən Azərbaycan Diasporası- "İsrail-Azərbaycan" Beynəlxalq Assosasiyası və Netanya Strateji Dialoq Mərkəzi tərəfindən təşkil edilir. Konfransda İsrail Knessetinin deputatları, İsrail XİN-nin nümayəndələri, alimlər, görkəmli ictimai xadimlər, İsraildə akkreditə olmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ali təhsil ocaqlarının və strateji mərkəzlərin aparıcı mütəxəssisləri, həmçinin Azərbaycan diasporasının nümayəndələri iştirak edəcəklər. Azərbaycanı bu konfransda millət vəkili Qənirə Paşayeva təmsil edir. Millət vəkili həmçinin İsrail Knessetinin deputatları, KİV nümayəndələri ilə görüşlər keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA