Müsavatın qurultayı təxirə salınıb

img

20-02-2012 [09:06]


Müsavat Partiyası bi il martın 3-4-də keçirməyə hazırlaşsdığı qurultayı qeyri-müəyyən vaxta təxirə salıb. Bu barədə MIA-ya partiyadan məlumat verilib. Bildirilib ki, bu addımı atmağa səbəb hakimiyyətin müsavata öz qurultayını keçirmək üçün yer verməməsidir. Qeyd edək ki, Müsavat Partiyası qurultayın keçirilməsinə yer ayrılması üçün bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdi. Həmin müraciətdə martın 3-4-də keçirilməsi planlaşdırılan qurultay üçün Əli Oyunları İdman Sarayının ayrılması istənilmişdi. Amma şəhər meriyası müraciətə rədd cavabı verdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA