islam Partiyası islamçıların azadlığa buraxılmasını tələb edirlər

img

13-02-2012 [01:00]


"Düz iki il öncə fevral ayının 13-də bir qrup mömin insan bütün müsəlman dünyasında olduğu kimi, əziz Peyğəmbərimizin (s) rehləti vəİmam Həsənin(ə) şəhadətiləəlaqədar əzadarlığa qoşulmaq qərarına gəldilər. ?Hacı Sultanəli? məscidindəəza mərasimini başa çatdıqdan sonra, Xocalı faciəsi öncəsi olduğunu nəzərə alıb, Vətən uğrunda canından keçmişşəhidlərin və həmçinin Xocalı qurbanlarının ruhlarına dualar oxumaq üçün ″Şəhidlər xiyabanına″ yola düşdülər. Onlar Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşlarının müşayiətilə Nərimanov heykəlinəçatar-çatmaz, Səbayel Rayon Çevik Polis Alayının əməkdaşları, daha doğrusu rəhbər orqanları ilə birlikdə tez bir zamanda ssenariləşdirilmiş ?mancanağa?salındılar". Azərbaycan İslam Partiyasının verdiyi bəyanat bu fikirlərlə başlayır. Daha sonra bəyanatda bildirilir: "Dinc insanların ziyərət məqsədilə hərəkətinə mane olmaq azmış kimi, polis işçiləri möminləri hər vəchlə təxribata cəlb etməyəçalışmış, onlara qarşı misli görünməmiş vəhşiliklər törətmişlər. Bir sıra kütləvi informasiya vasitələrinin qeyd etdikləri video görüntülərdən hasil olunan nəticəyə görə, bu, dinc vətəndaşlara qarşı polisin 2010-cu ildəən dəhşətli təcavüzü٫vəhşiliyi idi.Və azad sayılan ölkənin vətəndaşlarına qarşı hüquq mühafizə orqanları əməkdaşlarının törətdikləri acınacaqlı münasibət nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti yetirmələri də azmış kimi, onların içərisindən məqsədli şəkildəəvvəlcədən seçilmiş, xüsusilə beş nəfər, Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Ağəli Yəhyayev və Seymur Hüseynovİslam Partiyasının funksioneri və sıravi üzvləri olduqlarına görə, təzyiq altında polis bölmələrinə aparılmış vəsonradan onlara qarşı saxta ittihamlarla cinayət işi qaldırılmışdır.Nə istintaq dövründə٫ nə də məhkəmə zalında islamçılara qarşı qaldırılan saxta ittihamlar sübut olunmuşdur.Buna baxmayaraq, təzyiq altında məhkəmə istintaqına cəlb olunan yalançışahidlərin fikirləri əsasında günahsız vətəndaşlara ümumən Yasamal Rayon Məhkəməsi 21il 8 ay iş kəsilmişdir.Təkcə bu fakt sübut edir ki, Azərbaycanda istər fərqli düşünən, istərsə də sağlam əqidəyə bağlı olan insanlara nədənsə təhtükə mənbəyi kimi baxılır. Bundan başqa günahsız insanların həbsi ölkədə müstəqil məhkəmə sisteminin olmamasından, ədalətsiz hökümlərin sifarişli olmasından xəbər verir. Biz saxta ittihamlarla həbs olunan, Konistitusiya hüquqları, dini-etiqad və vicdan azadlıqları əllərindən alınan islamçiların azadliğa buraxılmasını tələb edirik. Hesab edirik ki, hər bir vətəndaşın siyasi mənsubiyyətindən asılı olaraq, qeyri-qanuni təhdid olunması dövlətçiliyi sarsıdır, insanların dövlətə etimad kriteriyasına ciddi zərbələr vurur, ayrı-ayrı hüquq-mühafizə işçiləri insan azadlığını süni şəkildə məhdudlaşdırmağı ilə özünün qeyri səmimi ?sədaqət?ini göstərməyə çalışır. Əslində belələri cəmiyyətdə təhlükəli tendensiyalar yaradır, ölkənin beynəlxalq imicinə ləkə gətirirlər". #601;ldil

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA