Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının yığıncağı keçirilib

img

17-02-2012 [06:19]


Bu gün - 2012-ci il fevral ayının 17-də Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının genişləndirilmiş yığıncağı keçirilib. Yığıncaqda 2012-ci il fevral ayının 23-də keçiriləcək ?Qarabağ Forumu?na hazırlığın vəziyyəti müzakirə edilib. Müzakirələrdə DCUMH-un təsisçiləri, İdarə Heyəti üzvləri, Hərəkatda təmsil olunan partiyaların rəhbərlikləri və mütəxəssislər iştirak edib. ?Qarabağ Forumu?nun KXCP qərargahında 2012-ci il fevral ayının 23-də saat 12.00-da keçirilməsi və tədbirə diplomatik korpusların, beynəlxalq institutların Azərbaycan təmsilçilərinin, siyasi partiya, QHT və bütün KİV nümayəndələrinin dəvət edilməsi qərara alınıb. Yığıncaqda DCUMH-un təşkilatnması ilə bağlı müzakirə keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA