iqbal Ağazadə Rafiq Əliyevi təbrik edib

img

10-02-2012 [02:41]


Ümid Partiyasının sədri, Millət vəkili İqbal Ağazadə tanınmış alim, professor Rafiq Əliyevi 70 yaşının tamam olması münasibətilə təbrik edib. Təbrikdə deyilir: ?Hörmətli professor, Sizi, 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, cansağlığı, daha böyük elmi nailiyyətlər arzu edirəm! Siz, Azərbaycan xalqı üçün çox dəyərli ziyalı olmaqla yanaşı, Azərbaycan elminin dünya səviyyəsinə çıxmasında, elm adamları arasında Azərbaycanın da özünəməxsus yerinin olmasında müstəsna xidmətləri olan çox dəyərli bir ziyalımızsınız. Elmi işləriniz və nəzəriyyələriniz sovet Azərbaycanının da, müstəqil Azərbaycan Respublikasının da adının ciddi ölkələrlə bir sırada çəkilməsinə hər zaman ən önəmli töhfə olmuşdur. Uzun illərdən bəri cəmiyyətdə örnək elm adamı, örnək insan, örnək ziyalı siması yaratmış və dəyərlərinizi müdafiə edərək, həqiqətin yanında yer almısınız. Yüksək savadınız və mədəniyyətinizlə cəmiyyətdə əsl ziyalı obrazına çevrilməyi bacarmısınız. Bu gün Azərbaycan cəmiyyətinin gələcəyə ümidlə baxması üçün siz və sizin kimi ziyalıların varlığı çox önəmlidir. Sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, mətanətlə sinə gərdiyiniz mübarizə yolunda uğurlar arzu edirəm. Çox yaşayın!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA