isa Qəmbərin hakim partiyaya təklifi var

img

06-02-2012 [11:19]


Məlum olduğu kimi parlamentin ötən həftə keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edib. Təklifə digər bir neçə deputatdan, o cümlədən YAP-çı deputatlardan dəstək gəlib. YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, son zamanlar ictimaiyyət arasında Azərbaycan Respublikasının Şimali Azərbaycan Respublikası adlandırılması barədə təkliflər irəli sürülür: ?Dünya praktikasında Şimali və Cənubi Koreya, Şimali və Cənubi Kipr kimi dövlət nümunələri var. Azərbaycan Respublikasının da parçalanmaya məruz qalmış dövlət kimi Şimali Azərbaycan Respublikası adlandırılması daha məqsədəuyğun olardı?. Müsavat Partiyasının başqanı İsa Qəmbər də ölkəmizin adının dəyişdirilməsinə ehtiyac olmadığını düşünənlərdəndir: ?Hesab edirəm ki, bu təklif Azərbaycan milli idealları ilə cəmiyyətin diqqətini cəlb edib bu günün problemlərindən diqqəti yayındırmaq cəhdinə bənzəyir. O təklifə dəstək verən YAP deputatları var. Əgər onlar partiyalarının adını dəyişdirib Yeni Şimali Azərbaycan Partiyası qoysalar, o zaman onların səmimiyyətinə inanmaq olar. Xüsusən də nəzərə alsaq ki, partiyanın adını dəyişmək onların öz əlindədir. İstədikləri vaxt bunu edə bilərlər. Ölkə adı dəyişmək isə ciddi prosedurlar, referendum səviyyəsində addımlar, beynəlxalq səviyyədə ciddi səylər tələb edən məsələdir. Ona görə əgər YAP üzvlərinin fikri ciddidirsə, partiyalarından başlasınlar ki, cəmiyyəti də səmimiyyətlərinə inandırsınlar?. Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA