Əvəz Temirxan hakimiyyəti talançılıqda suçlayır

img

21-01-2012 [02:43]


Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nadeem İlahi Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə qiymət verib. Missiya rəhbəri deyib ki, Azərbaycan üzrə keçirilən bir çox sorğularda korrupsiya məsələsinin dəfələrlə vurğulanıb: ?Bu o deməkdir ki, bu problem azərbaycanda geniş yayılıb. Əlbəttə Azərbaycan hökuməti tərəfindən müəyyən edilən addımlar çox önəmli addımlardır. Lakin bu addım və tədbirlər davamlı olmalıdır. Bundan başqa miqyası və əhatə dairəsi genişləndirilməlidir. Yəni korrupsiyaya qaşı mübarizədə Azərbaycan hökumətinin ötən ilin əvvəlindən atdığı müsbət addımlar davam etdirilməlidir?. Məsələylə bağlı münasibət bildirən ALP sədri Əvəz Temirxan deyib ki, beynəlxalq təşkilat diplomatik dillə Azərbaycanda korrupsiyaanın genişləndiyini və buna qarşı mübarizənin efeektsiz olduğunu qeyd edib: ?Beynəlxalq təşkilatlar hər zaman diplomatik dildə danışırlar. BVF deyir ki, korrupsiyaya qarşı mübarizə önəmlidir. Yəni nə yaxşı ki, Azərbaycan iqtidarının yadına korrupsia indi düşür. Təşkilatın ?daha geniş adımlar atılmalıdır? ifadəsi o deməkdir ki, tutarlı addımlar atılmır, əslində mübarizə aparılmır. Diploiatik dildən adi dilə çevirəndə, bu, o deməkdir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə formal xarakter daşıyır?. Ə.Temirxan onu da bildirib ki, hakimiyyət korrupsiyaya qarşı mübarizə aparmır, əksinə korrupsiyaya qarşı mbarizə adı altında hiper korrupsiyanın gizlədiməsinə çalşır: ?Bələdiyyə, həkim, sosiao müdafiə işçiləri səviyəsindəki korrupsiyaya mübarizə gözə kül fürməkdik. Əslində onlar qurban verilirlər. Bu gün Azərbaycanda hakimiyyətin yüksək sferalarında korrupsiyanın səviyyəsi dünyanın heç bir yerində olmadığı qədər güclüdür. Düzünə qalsa, bu, artıq Azərbaycan xalqını açıq-aşkar talamaqdır. Hakimiyyətdə olan məmurlar xalqı talamaqla məşğuldurlar. Ona görə də bu talansıların korrupsiyaya qarşı mübarizəsinə inanmaq mümkün deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA