"Xalqbank"ı Bəylər Əyyubovla nə bağlayır? - VİDEO, FOTO
03-02-2026 [09:21]
General Bəylər Eyyubovun qohumlarının son aylar həbsi və ya vəzifədən azad olunması istər-istəməz diqqəti onun yaxın ətrafına, o cümlədən biznes sahələrinə yönəldir.
Mia.az xəbər verir ki, Əyyubovun qardaşı oğlu Ruslan Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılması, digər qardaşı oğlunun isə Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi Həsən Eyyubovun postundan uzaqlaşdırılmasından sonra onun yaxın ətrafında narahatlıq yaranıb.
Məlumata görə, Bəylər Əyyubovun çətiri altında olan "Xalq Bank"la bağlı da sosial mediada maraqlı iddialar yayılır.
Məsələn, jurnalist Ödar Qani TikTok-dakı səhifəsində "Xalqbank"la bağlı diqqətçəkən videoşərh paylaşıb. O, bankın Bəylər Əyyubova bağlı olmasını son aylarda baş verənlərin kontekstindən şərh edib (Onun TikTok-dakı videoşərhini aşağıda izləyə bilərsiniz).
Mia.az-ın əldə etdiyi məlumata görə, bankda az qala xadimənin işə götürülməsinə kimi ən xırda detallara qədər nüfuz edən Müşahidə Şurasının sədri Asim Mahmud oğlu Məmmədli əsas söz sahibidir. O, hətta İdarə heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidovun fikirlərini dinləsə də, əsas qərarları təkbaşına və bəzi hallarda isə məsləhətsiz verir:

"Son həftələr isə Əyyubovların ətrafında yaşanan proseslər 2004-də yaradılmış banka faktiki və rəsmi rəhbərlik üçün təqdimatı verilmiş (təqdimat verən şəxs haqda ayrıca xəbərimiz olacaq - Mia.az) Asim Məmmədlini, əlbəttə ki, düşündürməyə bilməz...".
Maraqlıdır, bankın təqdmatında "Hal-hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmət və məhsulları təklif edir. Dürüstlük və şəffaflıq, etimad və hörmət, sürət və operativlik, xidmətin yüksək keyfiyyəti və fərdi yanaşma işimizin əsas prinsipləridir. Bizim peşəkar heyətimiz, geniş filial şəbəkəmiz və onlayn servislərimiz hər zaman xidmətinizdədir.Maliyyə dünyasında Xalq Bank Sizin etibarlı tərəfdaşınız və faydalı təlimatçınızdır", - devizi ilə bank sektorunda kök salmağı bacaran Asim Məmmədli hazırkı siyasi mühitdə necə davranacaq?
Yeri gəlmişkən, Asim Məmmədli 2018-də eyni şəbəkyə aid “Xalq Sığorta” ASC-nin Direktorlar Şürasına da rəhbərlik edir.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,8 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 33,85 %-i "Euro Standard" MMC-yə, 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.
Məlumat üçün onu da qeyd edək ki, Asim Məmmədovun siyasi keçmişi barədə də iddialar var. Bununla bağlı bankın mətbuat katibi Nərgiz Yusifovaya yanvarın 12-də Votsap-dan sorğu verdik. Lakin cavabsız qaldığından bir neçə gün əvvəl, daha dəqiqi, yanvarın27-də növbəti dəfə xatırlatma etdik. Təəssüf ki, Nərgiz xanım sorğumuzu oxusa da, cavab vermədi.
Hələlik detallarına toxunmadığımız sorğumuzdakı ciddi siyasi ittihamlara təkrar münasibət öyrənməyə cəhd edəcəyik.
Samir
MİA.AZ
Bakıya qar yağacaq - Xəbərdarlıq
Türkiyədə servis maşını aşdı: sürücü və 9 şagird xəsarət alıb
DYP sürücülərə müraciət edib
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedir
"Cahan Holdinq"in dövlətə 7 milyondan çox borcu varmış...
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək - Şərtlər
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLLƏNİB)
Metronun qarşısında 51 yaşı şəxsi ayaqlarından bıçaqlayıblar
"Azvvallet"ə qadağa qoyulub - Mərkəzi Bank qərar verdi
Müğənnidən inanılmaz açıqlama: "Bilmək olmaz, bir də gördün dostlarım məni zəhərləyib"
İlham Əliyev Əbu-Dabidə - Prezident baş katiblə görüşüb
Həsən Həsənovun oğlu ssenari yazdı, Agentlik 657 min manat ayırdı - "Bəli, bizim tarixi film çəkmək təcrübəmiz yoxdur" (MÜSAHİBƏ)
Vəkil: "Cəmi 100 manat kapitalı olan bu MTK-yə şəhər icra hakimiyyəti icazə verib ki..."
İcra başçılarının "vurulma prosesi" davam edəcək
Dünyanı silkələyən casuslar - TƏHLİL
ABŞ prezidenti: "Bunu ilk dəfə deyirəm, düşünürəm ki..."
DTX-dən DAHA BİR ŞOK ƏMƏLİYYAT: Ukrayna müharibəsinə qatılan Azərbaycan vətəndaşları həbs edildi
Trampdan İrana daha bir xəbərdarlıq: "Əgər razılığa gələ bilməsək, çox pis şeylər baş verəcək"
"Xalqbank"ı Bəylər Əyyubovla nə bağlayır? - VİDEO, FOTO
NƏVƏLƏRİ ŞƏHİD OLAN 87 YAŞLI QADIN PREZİDENTDƏN KÖMƏK İSTƏDİ: "Bizi bu zülmkarlardan xilas edin"
Aİ: "Xarici müstəqil media Qəzzaya buraxılmalıdır"
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
"İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib