Jurnalistlərin binasının 5 mərtəbəsi tikilib

img

01-02-2012 [11:29]


?Jurnalistlər üçün tikilən binanın 5 mərtəbəsi artıq hazırdır?. Yanvarın 31-də ?Media forum? saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib. Jurnalistlər üçün bir bina tikilir. Vüqar Səfərli bildirib ki, bina 16 mərtəbəli, 2 blokludur, 2-3 otaqlı mənzillərdən ibarətdir. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru qeyd edib ki, Bakının Bibiheybət qəsəbəsində tikilən binanın mənzilləri 2013-cü ilin sentyabr ayına qədər tam təmir olunmuş şəkildə jurnalistlərin istifadəsinə veriləcək. 2010-cu il iyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA