"Eurovision"nun rəmzi açarı Hacıbala Abutalıbova təqdim olundu(video)

img

25-01-2012 [10:05]


Bu gün "Buta Palace"da "Eurovision 2012"nin rəmzi açarının təhvil verilməsi mərasimi keçirilib. "Eurovision 2011"ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakı "Eurovision 2012"yə ev sahibliyini rəsmən qəbul edib. Tədbirdə "Eurovision" müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand, tədbirlər və kommunikasiya rəhbəri Sietse Bakker, eləcə də müsabiqəylə bağlı digər rəsmilər iştirak edib. Bakının ev sahibliyi edəcəyi ?Eurovision-2012? ?Light your fire? (Öz alovunu yandır) şüarı altında baş tutacaq. Müsabiqənin builki loqosunda Azərbaycanın əsas elementləri olan buta və od əksini tapıb. Tədbirdə loqo və şüarı açıqlayan xüsusi video çarx da nümayiş etdirilib. Bu dəqiqələrdə "Eurovision 2012" Mahnı Müsabiqəsinin yarımfinalı ilə bağlı püşkatma keçirilir. Püşkatma ölkələrin yer alacağı qrupları müəyyən edəcək. "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarının təqdim edilməsi Azərbaycanda İctimai Televiziya və Radio, "Eurovision" müsabiqəsinin rəsmi saytı eurovision.tv, eləcə də Avropa Yayımları Birliyinə üzv olan bir neçə ölkənin televiziya kanalı ilə canlı yayımlanıb. Bununla yanaşı, bu mərasimi işıqlandırmaq üçün bir çox ölkələrin - Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və "Euronews" kanalının reportyorları Azərbaycana gəlib. Xatrıladaq ki, may ayının 22-si və 24-də Bakıda "Eurovision 2012"nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək. http://www.youtube.com/watch?v=qu3wueA4d8Y#252;sabiq

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA