Pərviz Mahmudov: ?istedadlı yaradıcı insanlar bir yerə toplazanda uğurlu məhsul ərsəyə gəlir?

img

20-02-2012 [10:58]


Populyar bəstəkar Pərviz Mahmudov estradamızın məşhur simaları ilə işbirliyinin digər həmkarları tərəfindən qısqanclıqla qarşılandığını etiraf edir. O, MIA-ya açıqlamasında məhz bu səbəbdən bir çox gənc bəstəkarların telekanallarda Pərviz Mahmudov haqqında söhbətdən yayındıqlarını dedi: ?Çox qısqanclıqlar var. Bu yaxınlarda verilişlərin birində ifaçılardan biri mənim mahnımı oxuyandan sonra bu barədə danışmaq istəyəndə həmin verilişdə olan həmkarlarımdan biri söhbəti başqa istiqamətə yönəltməyə çalışdığının şahidi oldum. Əlbəttə ki, mən buna sadəcə olaraq gülürəm. Əslində mən də maraqlı və işgüzar həmkarlarımın çox olmasını istəyirəm. Çünki rəqabət lazımdır. Lakin təvazökarlıqdan uzaq olsa da artıq neçə illərdir ki, radiolarda ən çox sevilən 5-6 mahnı mənim bəstəmdir. Belə olan halda iş görə bilməyən bəstəkarlar reaksiya bildirir. Çox zaman mənə dostlarım deyirlər ki, - ?Pərviz, sənin rəqibin elə özünsən. Çünki bir-birinin ardınca yazdığın hit mahnılar Top-10-luqlarda birinci olur.? Pərviz Mahmudov sevilməyin və populyarlığın sirrini də açıqladı. Gənc bəstəkarın sözlərinə görə, istedadlı yaradıcı insanlar bir yerə toplaşanda uğurlu məhsul ərsəyə gəlir: ?Demək istəyirəm ki, bizim çox güclü komandamız var: mənim canım dostum Leyli xanım öz işində bir nömərdir, bəstəkar-aranjemançı Hakan Erolun zəhməti çox böyük olur, bu gün o da öz işində birincidir, dostum söz yazarı Aygün ismayılovanı da bu sıraya aid edirəm. Biz bir yerə toplaşanda bax belə uğurlu işlər ortaya qoya bilirik. Amma onu da əlavə edim ki, çox istedadlı həmkarlarım mənə zəng edib ürəkdən gələn xoş sözlərini deyirlər. Çünki onlar da öz işlərini bacaran insanlardır. Onlar öz işlərinin öhdəsindən çox məharətlə gəlirlər. Mənim sənətimi bəyənən və istedadımı görən çox insanların hər dəfə mənim haqqımda çox gözəl sözlər dediyini eşidirəm. Mən də onun haqqında yüksək fikirdəyəm.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA