Azərbaycana internet məkanından hücum

img

16-01-2012 [04:55]


Bu gün Trend informasiya agentliyinin rəsmi saytı (trend.az) haker hücumuna məruz qalıb. Saytda əvvləcə Azərbaycan-İsrail münasibətləri ilə bağlı tənqidi fikirlər yerləşdirilib, İsrail bayrağının şəkli qoyulub, hicabın vacibliyi vurğulanıb. Saytda "Hacked by AzerianCyberarmy" sözləri də yerləşdirilmişdi. Daha sonra isə sayta giriş mümkün olmayıb. Hakerlər Yeni Azərbaycan Partiyasının rəsmi internet saytını (yap.org.az) dağıdıblar. Məlumatda qeyd olunub ki, hazırda saytın bərpası istiqamətində işlər görülür. Qeyd edək ki, saytın ana səhifəsindəki bəzi yazıları silən hakerlər orada hakimiyyət əleyhinə şüarlar yerləşdiriblər. Hələlik hücumun daxildən, yoxsa xaricdən olduğu məlum deyil. Xatırladaq ki, Azərbaycan Konstitusiya Məhkəməsinin rəsmi saytı (www.constcourt.gov.az) və Rabitə və İnformasiya Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin (rabita.az) saytı da hakerlər tərəfindən dağıdılıb. Azərbaycanın rəsmi qurumlarının və media orqanlarının saytlarına kiberhücumlar davam edir. ?Azerian Kyber Army? adlı haker qrupu bu dəfə Daxili İşlər Nazirliyinin rəsmi saytına (http://mia.gov.az/?/az/ ) hücum edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR