Professor ilham Rəhimovun Moskvada yeni kitabı çapdan çıxıb

img

29-12-2011 [05:58]


[b]?Cinayətkarlıq və Cəza? adlı kitabda cinayətkarlıqla mübarizədə cəzanın zəruriliyi və labüdlüyü ilə bağlı məsələlər nəzərdən keçirilir[/b] Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvanın ?OLMA MEDİA Qrup? nəşriyyatı tərəfindən rus dilində yeni kitabı çapdan çıxıb. ?Cinayətkarlıq və Cəza? adlanan bu monoqrafiya cinayətkarlıq kimi sosial hadisənin və cinayət cəzalarının köklü problemlərinin və onların səciyyəvi xüsusiyyətlərinin təhlilinə həsr edilmişdir. Əsərdə müasir cinayətkarlığın spesifik xüsusiyyətləri, onunla mübarizənin yeni üsullarının, vasitə və metodlarının tətbiqi məsələləri, eləcə də, cinayətkarlıqla mübarizədə cəzanın zəruriliyi və labüdlüyü ilə bağlı məsələlər nəzərdən keçirilir. Nəfis tərtibatda çap olunan bu kitabın rəyçiləri hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası, Rusiya Federsiyasının fəxri ədliyyə işçisi, Rusiya Federsiyası prokurorluğunun fəxri işçisi, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki Aleksandr İvanoviç Bastrıkin və hüquq elmləri doktoru, professor Yuriy Vladimiroviç Qolikdir. Kitab ali məktəblərin hüquq fakültələrinin tələbələri, müəllimləri və aspirantlar üçün nəzərdə tutulmuşdur. Kitabdan cinayətkarlıq və cəza məsələləri ilə maraqlanan geniş oxucu kütləsi də faydalana bilər. Qeyd edək ki, İ.M.Rəhimov keçmiş SSRİ-də cinayət hüququ üzrə doktorluq dissertasiyası müdafiə edən ən gənc hüquq elmləri doktoru, alimlik dərəcəsini alıb. O, 100-ə yaxın elmi məqalənin, hüquq elminin müxtəlif sahələrinin, xüsusilə cinayət hüququnun, islah əmək hüququnun, qanunvericilik və məhkəmə fəaliyyətinin fundamental problemlərinə həsr edilmiş daha beş monoqrafiyanın müəllifidir. Yaxın günlərdə kitabın geniş təqdimetmə mərasimi keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR