"Eurovision-2012"nin konsepsiyası təsdiq olundu

img

29-12-2011 [11:48]


?Eurovision Mahnı Müsabiqəsi-2012?-nin konsepsiyası təsdiq olunub. ?Eurovision Mahnı Müsabiqəsi-2012?-nin təşkilat komitəsindən verilən məlumata görə, müsabiqənin konsepsiyası hər il ev sahibi olan ölkə tərəfindən yenilənərək buna uyğun şüar və simvol hazırlanır. Ənənəvi olaraq şounun konsepsiyasını özündə əks etdirən şüar və simvol ?Eurovision Mahnı Müsabiqəsi?nin əsas loqosuna əlavə edilir. Hər iki element müsabiqənin keçirildiyi ölkəyə aid olmaqla yanaşı, həm də ?Eurovision? layihəsinin mahiyyətinə uyğun seçilməlidir. Şüarın və vizual elementin iştirakçılarda və televiziya tamaşaçılarında müsbət emosiya yaratması da vacibdir. Bütün bu prinsiplərin əsasında hazırlanan ?Eurovision Mahnı Müsabiqəsi-2012?-nin şüar və simvolu Azərbaycana məxsus dəyərləri özündə əks etdirir. Hazırda şüar və simvol üzərində son dizayn işləri aparılır və yaxın zamanlarda geniş ictimaiyyətə təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA