?Eurovision-2012?nin keçiriləcəyi yer dəqiqləzməyib

img

13-12-2011 [04:55]


Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib ki, Bakıda keçiriləcək ?Eurovision-2012? Mahnı Müsabiqəsinin təşkili üçün Azərbaycanın 2 milyard avro ayırması barədə yayılan məlumatlar əsassızdır. Nazir bu məlumatı yayanların Azərbaycanı sevməyənlərin işi olduğunu vurğulayıb. A.Rəhimov onu da deyib ki, ?Eurovision-2012? müsabiqəsinin keçiriləcəyi yer də hələ təsdiq olunmayıb. Onun sözlərinə görə, müsabiqə hazırda Dövlət Bayraq Meydanının yaxınlığında tikilən ?Baku Crystal Hall? kompleksində keçirilə də bilər, keçirilməyə də. ?Orada işlər nəzərdə tutulandan sürətlə gedir, İnanıram ki, az vaxt qalmasına baxmayaraq, bu kompleks hazır olacaq və biz Avropanı təəccübləndirə biləcəyik. Azərbaycan bununla da dünyada birinci olacaq?. A.Rəhimovun sözlərinə görə, ?Eurovision-2012? Mahnı Müsabiqəsinin təşkili üçün alternativ variant kimi Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı şəkildə yenidən qurulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA