Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb(Siyahı)

img

28-12-2011 [07:19]


Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan MİA-ya verilən məlumata görə, iclası giriş sözü ilə Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev açıb. Fondun icraçı direktoru Vüqar Səfərli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 2011-ci il noyabrın 19-dan dekabrın 20-nədək keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib. Müsabiqənin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə keçirildiyini xatırladan Vüqar Səfərli Fonda 76 yazının təqdim etdiyini, yazıların 9 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. Sonra müsabiqənin nəticələri Müşahidə Şurasının müzakirəsinə çıxarılıb. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış iki yazı qalib hesab edilib. Müzakirələrin yekunu olaraq müsabiqənin nəticələri yekdilliklə təsdiq olunub. V. Səfərli Fondun Nərimanov Rayon İcra Hakimiyyəti ilə 2011-ci il noyabrın 29-dan dekabrın 24-dək keçirdiyi müsabiqəyə 25 yazının təqdim olunduğunu bildirib. Yazılar 3 ekspert tərəfindən müəyyənləşdirilib. Qiymətləndirilən yazılar Müşahidə Şurasının müzakirəsinə təqdim edilib. Müsabiqənin şərtlərinə əsasən, birinci yer üzrə 1, ikinci yer üzrə 2, üçüncü yer üzrə 3 qalib müəyyənləşdirilmiş, eyni zamanda 5 nəfərə həvəsləndirici mükafatın verilməsi barədə qərar qəbul olunub. Müşahidə Şurasının üzvləri müzakirələrdən sonra ikinci müsabiqənin də nəticələrini yekdilliklə təsdiq ediblər. İclasın sonunda hər iki müsabiqənin qaliblərinin 2011-ci il dekabrın 29-da keçiriləcək tədbirdə mükafatlandırılması qərara alınıb.#305;lar. Siyahını görmək üçün tıklayın http://kivdf.gov.az/news/109/Azərbaycan_Respublikası_Prezidenti_yanında_Kütləvi_İnformasiya_Vasitələrinin_İnkişafına_Dövlət_Dəstəyi_Fondunun_Müşahidə_Şurasının_növbəti_iclası_keçirilmişdir_____/

Digər xəbərlər
SON XƏBƏRLƏR