Qazaxlı falçı imamirə ünsiyyətdə olduğu məzhurların sirlərini reket qəzetlərə ötürür

img

28-12-2011 [01:26]


Bir müddət əvvəl Qazaxda və Bakıda məşhur falçı cadugər kimi tanınan Novouzova İmamirə Qədim qızı haqqında məlumat getmişdi. məlumatda qeyd olunurdu ki, Qazaxda Qaqarin Balaxanım kimi tanınan Balaxanımın qızı olan və ?Balaxanım ocağı?ının sahibi olan İmamirə bir çox məşhurlarla, o cümlədən Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaxın məsləhətçilərindən biri olub. PİA.AZ-a fırıllldaqçı falçı haqqında daxil olan son məlumat isə şok effekti yaradıb. Əldə etdyimiz məlumatda bildirilir ki, İmamirə reket qəzetlərdən birininin faktiki sahibidir. Belə ki, bir çox məşhur və varlı insanların ev sirrlərinə vaqif olan İmamirə bir müddətdən sonra həmin qəzet vasitəsi ilə keçmiş müştərilərini şantaj edir və onlardan külli miqdarda pul qoparmağa nail olur. Çünki falçı İmamirənin bildiyi sirrlər doğurdan həmin adamların reputasiysına ciddi ziyan vura bilər. Qeyd olunur ki, məşhur ailəlrin falçısı olan İmamirə çox asanlıqla onların ailə sirrlərinə də sahib olur ki, sonradan bu sirrlər şantaj olaraq ailələrə geri dönür. Məlumatda qeyd olunur ki, İmamirə həmin qəzetin rəhbərinə tam etibar etmədiynə görə Günel adlı qızını da bu qəzetdə çalışdırır və qızının vasitəsi ilə həmin qəzetin rəhbərini nəzarətdə saxlayır. Mənbə bildirir ki, falçı İmamirənin qurbanları arasında Millət Vəkilləri,İcra başçıları, məhkəmə hakimləri və s. vəzifəli şəxslər var. Məlumatda həmçinin o da qeyd olunur ki, son olaraq İmamirə, bir qadın Millət Vəkili haqqında heç kimin bilmədiyi özəl sirrləri qəzetdəki ortağına verib və çox məşhur olan həmin qadın Millət Vəkilinin yaxın günlərdə reket qəzet tərəfindən şantaj olunması gözlənilir. Falçı-cadugər İmamirənin media macəraları haqqında daha detallı məlumatların yaxın günlərdə tanınmış bir qəzetə veriləcəyi haqqında məlumatda bizə verilən xəbərdə yer almaqdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR