BAMF Fransa parlamentinin son biabırçı qərarı ilə bağlı bəyanat yaydı

img

24-12-2011 [12:11]


Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Fransa parlamentinin qondarma ?erməni soyqırımı? iddialarını inkara görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun qəbul etməsini pisləyir. BAMF sədri Umud Rəhimoğlunun verdiyi məlumata görə, bununla bağlı Fond xüsusi bəyanat yayıb. O, bəyanatın BAMF-ın üzvü və tərəfdaşı olduğu bütün beynəlxalq təşkilatlara, şəbəkələrə göndəriləcəyini də deyib. Bəyanatda deyilir: ?Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) heç biri siyasi baxışı olmayan vətəndaş cəmiyyətini təmsil edən, humanitar sülhməramlı aksiyaları dəstəkləyən, vətəndaş cəmiyyətinə xidmət edən bir qurum kimi bunu anlaşılmaz hal kimi qəbul edir. Biz bəyan edirik ki, Fransa parlamentinin ?erməni soyqırımı? iddialarını inkara görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun qəbul etməsi qəbuledilməzdir. Heç kəsə sirr deyil ki, I Dünya Müharibəsi zamanı həm erməni, türk, həm də digər millətin nümayəndələri ciddi canlı itkiyə məruz qalmışdır. Bu bir tarixi həqiqətdir. Belə bir tarixi həqiqətə göz yuman Fransa hakimiyyəti zaman-zaman erməniləri müdafiə etmiş və bu istiqamətdə müxtəlif ədalətsiz qərarlar qəbul etmişdir. 2001-ci il də Fransa parlamentinin qondarma ?erməni soyqırımı?nı tanıması da bu qəbildən olan addımlardan biridir. Maraqlı məqamlardan biri də odur ki, 2001-ci ildə də bu qərar qəbul ediləndə Fransa növbəti seçkilər ərəfəsində idi, indi də. Söz yox ki, bütün bunlar 2012-ci ildə keçiriləcək prezident seçkisində cənab Sarkozinin qalib gəlmək üçün Fransada yaşayan erməni elektoratına olan bir siyasi jestidir. Şübhəsiz ki, bu son qərar dünyanın qlobal problemlərinin həllində, münaqişələrin çözülməsində söz sahibi olmağa can atan Fransa dövlətinin nüfuzuna böyük zərbə vurdu. Başqa vaxtı söz və ifadə azadlığı, fikir plüralizmi, demokratiya və insan haqları kimi böyük bəşəri dəyərlərdən dəm vuran Fransanın bütün bu prinsipləri erməni marağına qurban verməsi bizdə böyük təəssüf hiss yaratdı. BAMF belə hesab edir ki, bundan sonra Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ probleminin həlli prosesində Fransa hökumətindən obyektivlik gözləməyinə dəyməz. ATƏT-in Minsk Qrupunu çərçivəsində Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi yolunda fəal rol oynamağa çalışan Fransa hökuməti əvvəlcədən bunu da nəzərə almalı idi. Fransa hökumətinin Ermənistana belə bir isti münasibəti bütövlükdə ATƏT-in Minsk Qrupunun fəaliyyətini sual altına qoyur. Danışıqların bu ağır mərhələsində beynəlxalq qanunlara, konvensiyalara, BMT-nin və Avropa Şurasının qətnamələrinə, o cümlədən insan haqları kimi fundamental prinsiplərə sayğısız yanaşan Ermənistana öz işğalçı niyyətlərini diktə etməyə imkanı verən bu addım utandırıcı bir haldır. Təəssüflər olsun ki, böyük dövlətlər, o cümlədən Fransa Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ probleminin həllində ədalətin bərpa olunmasını istəmirlər. Əgər istəsəydilər onda çoxdan ATƏT-in Minsk Qrupunun daimi üzvü olan Fransa, ABŞ və Rusiya Ermənistanın Dağlıq Qarabağ ərazisi də daxil olmaqla işğal etdiyi bütün Azərbaycanın ərazilərindən təcili və qeyd-şərtsiz olaraq çıxmasını tələb edən BMT qətnamələrinin yerini yetirilməsini tələb edərdilər. BAMF dünya ictimaiyyətinin diqqətini Fransa Parlamentinin bu ədalətsiz addımına yönəltməyə və növbəti mərhələdə bu ədalətsiz qnunun ləğvinə nail olmaq üçün birgə fəaliyyətə çağırır. Unutmaq olmaz ki, Fransa parlamentinin bu yanlış qərarı Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ probleminin, o cümlədən Cənubi Qafqazdakı digər silahlı münaqişələrin dinc yolla həllini təhlükə altında qoyur.?

Digər xəbərlər
SON XƏBƏRLƏR