?Kaspi? qəzetinin 130 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçiriləcək

img

23-12-2011 [02:39]


Dekabrın 27-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində ?Kaspi? qəzetinin 130 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçiriləcək. Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutacaq toplantıya kütləvi informasiya vasitələri rəhbərləri, media ekspertləri, ictimai və rəsmi şəxslər qatılacaqlar. Konfransda ?Kaspi?nin Azərbaycan mətbuatında oynadığı tarixi rol, nəşrin 1918-ci ildə əldə edilən dövlət müstəqilliyimizin ideya bazasının formalaşmasındakı xidmətləri nəzərdən keçiriləcək, ölkəmizin ikinci dəfə suverenliyinə qovuşmasından sonrakı fəaliyyət istiqamətləri təhlil olunacaq. Tədbirdə yubilyar nəşrlə bağlı yenicə çapdan çıxmış ?Üç əsrin qəzeti? kitabının da təqdimatı olacaq. ?Kaspi?nin 1881-ci ildən başlanan tarixinin, inkişaf yolunun və müasir dövrününün əksini tapdığı kitabda qəzetin yubiley münasibətilə bu il apelin 1-dən avqustun 31-dək mətbuat tarixinin araşdırmaçıları, ekspertlər və jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim olunan məqalələr yer alıb. Qeyd edək ki, konfransda həmin müsabiqənin qaliblərinin mükafatlandırılmaları da nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR