?Qarabağ qaziləri? və Vətən Müharibəsi Əlilləri Ictimai Birliyi Fransa parlamentinin biabırçı qərarı ilə bağlı birgə bəyanat yayıb

img

22-12-2011 [05:06]


52;n ?Qarabag Qaziləri? və ?Vətən Müharibəsi Əlilləri? Ictimai Birliyinin Fransa parlamentinin ?erməni soyqırımı? iddialarını inkara görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun qəbul etməsi planına qarşı birgə bəyanat yayıblar. Bəyanatda deyilir: ?Son yüz ildə Türk xalqlarına qarşı törətdikləri cinayət və soyqırımlara rəğmən, ermənilərə havadarlıq edən Fransa dövləti öz qanlı imperialist keçmişini unudaraq Türkiyəyə, dolayısı ilə bütün Türk xalqlarına qarşı çirkin kompaniya yürütməkdədir. Qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun qəbul etməklə Fransa hökuməti Fransada yaşayan Türk və müsəlman xalqlarına qarşı faşizm siyasəti həyata keçirir. Yaxın keçmişində Afrikanı yerli xalqların qanı ilə sulayan Fransa milyonlarla insanları necə qətliam etdiyini unutsa da, dünya bunu unutmamışdır. Bütün dünyanın sürətlə demokratikləşdiyi bir dövrdə, əsas meyarın insan hüquqları və söz azadlığı olduğu halda Fransa bu addımı ilə dünya demokratiyasına meydan oxumaqdadır. Biz erməni soyqırımına və işğalına məruz qalmış Azərbaycanın Qarabağ qaziləri və döyüşçüləri hiddətlə bəyan edirik: Ey ermənipərəst Fransa, sənin bu cılız siyasətin Böyük Türk xalqını susdura bilməz. Əksinə bu qüdrətlənməkdə olan Türk Dünyasının vəhdəti və qələbəsi ilə başa çatacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR