Azərbaycan jurnalistlərinin sosial problemləri müzakirə olunub

img

19-12-2011 [06:11]


?Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası? dekabrın 16-da Bakı şəhərində ?Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı? mövzusunda Beynəlxalq Konfrans təşkil edib. Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunmuş konfransda dövlət qurumlarının təmsilçiləri, Azərbaycanın nüfuzlu kütləvi informasiya vasitələrinin redaktorları, jurnalist təşkilatlarının rəhbərləri, eləcə də, beynəlxalq və yerli ekspertlər olmaqla ümumilikdə 58 nəfər iştirak edib. Tam gün ərzində davam edən konfransda Azərbaycan jurnalistlərinin sosial durumu, həmçinin, sosial durumun qorunması və inkişaf etdirilməsi missiyasını daşıyan jurnalistlərin həmkarlar hərəkatının durumu, jurnalist təşkilatları arasında həmrəylik problemləri mövzusunda müzakirələr aparılıb. ??Azərbaycan qanunvericiliyndə minimal əmək standartları, sosial dialoq və tərəfdaşlıq: mövcud vəziyyət, problemlər və yeni çağırışlar? adlı konfransın keçirilməsində əsas məqsəd Azərbaycan mediasında çalışanların sosial problemlərini, həmçinin, jurnalistlərin müdafiəsini təşkil etməli olan təşkilatlar arasında əməkdaşlıq məsələlərini müzakirə etmək, uyğun qərarlar vermək idi?-bu sözləri Jurnalsitlərin Həmkarlar İttifaqının sədri, Etik Jurnalistika Təşəbbüsləri ?Azərbaycan layihəsinin koordinatoru Müşfiq Ələsgərli deyib. ?Keçirilmiş konfransın yekunu olaraq, hər kəsin iradəsini ifadə edən və Azərbaycan jurnalistlərinin sosial durumunu reallıqda olduğu kimi əks etdirən bəyannamə qəbul edildi?- deyə Müşfiq Ələsgərli bildirib. EJİ-Az layihəsinin koordinatoru əlavə edib ki, Azərbaycanda son illərdə ilk dəfə belə konfrans baş tutub: ?Konfransda dövlət qurumlarının təmsilçiləri, iqtidaryönlü, müstəqil mövqeli və müxalifətyönlü medianın təmsilçiləri, jurnalistlər bir araya gələrək, normal diskussuya keçirə bildilər. Bu da bizim ən böyük uğurlarımızdan biri oldu?. Məlumat üçün bildirək ki, ?Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq? mövzusunda beynəlxalq konfrans Beynəlxalq Jurnalistlər Federasiyasının ?Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası? ilə birgə başlatdığı Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan layihəsi çərçivəsində baş tutub. Koalisiya Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalstlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və Ruh Jurnalistlərin hüquqlarının müdafiəsi Komitəsindən ibarətdir. Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan layihəsi Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin, həmçinin, İsveçin LO-TCO təşkilatının dəstəyi ilə həyata keçirilən iki illik layihədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR