Milli Məclis prezidentin göndərdiyi sənədi müzakirə edib

img

15-12-2011 [02:28]


Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Komitəyə Prezident tərəfindən yeni sənəd ? ?Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında? qanun layihəsi daxil olub. Qanun layihəsində bir sıra maraqlı məqamlar var. Belə ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinə əsasən dağınıq skleroz xəstəliyinə tutulmuş şəxsələrə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir. Bu xəstəliyin profilaktik müalicəsi yaranan münasibətləri tənzimləyir. Dağınıq skleroz-nevroloji siptomatikalı, mərkəzi və periferik sinir sisteminin çoxacaqlı tutması müşahidə olunan, irləliyən gedişli xroniki xəstəlik deməkdir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registri dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər haqqında Məlumat Bankının yaradılması məqsədilə onların qeydiyyatı üçün təşkil edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA